logo

Tokioda Olimpiya stadionunun açılış mərasimi keçirilib 

09:31 16-12-2019 | icon 2660
Tokioda Olimpiya stadionunun açılış mərasimi keçirilib 

Tokioda gələn il keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının əsas idman arenası olacaq Milli stadionun [t'n gwn təntənəli açılış mərasimi keçirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki? açılış mərasimində Yaponiyanın baş naziri Şinzo Abe, paytaxt prefekturasının qubernatoru Yuriko Koike, stadionun memarı Kenqo Kuma və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə Ş.Abe bildirib ki, inşaat işləri başa çatdırılan stadionda idman tarixində yeni nailiyyətlərin qazanıldığı yarışlar keçiriləcək.

Xatırladaq ki, yeni stadion 1964-cü il Tokio Olimpiadası üçün tikil'n əvvəlki idman arenasının yerində  inşa edilib. Yeni obyektin tikintisinin ilkin mərhələsi Yaponiya cəmiyyətində qalmaqalla yaddaşlarda qalıb. Belə ki, stadionun memarı Böyük britaniyalı məşhur arxitektor Zaha Hadid olmalı idi. Lakin bir sıra yapon memarları və məmurlar bu layihənin çox baha olduğunu bildirərək onun əleyhinə çıxıblar. Nəticədə, aparılan müzakirələrdən sonra həmin layihədən imtina edilib. Yaponiya hökuməti tanınmış memar Kenqo Kumanın təklif etdiyi layihəni qəbul edib. K.Kumanın müəllifi olduğu layihə milli və ənənəvi yapon memarlığının xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb. Onun ekoloji təmizliyi və yerli landşafta uyğunluğu da bu layihəyə üstünlük verilməsinə səbəb olub.

Qeyd edək ki, tikinti işlərinə 2016-cı ilin dekabrında başlanılan yeni layihə nəzərdə tutulan xərcləri 2,1 milyard dollardan 1,4 milyardadək azaltmağa imkan verib. Yeni stadionun tamaşaçı tutumu da 80 mindən 60 minədək azaldılıb. Yeni stadionda Olimpiya Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin, həmçinin futbol və yüngül atletika üzrə yarışların keçiriləcəyi planlaşdırılır.

XXXII Tokio Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək. Bu idman bayramının ümumilikdə 2 trilyon yenə (təqribən 17,8 milyard dollar) başa gələcəyi gözlənilir. Yeni stadionda keçiriləcək ilk kütləvi böyük idman tədbiri isə futbol üzrə İmperator kubokunun final mərhələsi olacaq.