logo

Tanınmış vəkil İradə Cavadova REAL-la seçkiyə gedir

19:12 15-12-2019 | icon 2401
Tanınmış vəkil İradə Cavadova REAL-la seçkiyə gedir

Tanınmış vəkil İradə Cavadova da fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçilərdə namizəd kimi iştirak edək.

YeniAvropa xəbər verir  ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov "Facebook" sosial şəbəkə hesabında yazıb.

"Bu gün qələbəyə layiq daha bir müstəqil namizəd REAL Cümhuriyyətçilər İttifaqına rəsmən qoşuldu. Tanınmış vəkil, hüquq elmləri namizədi İradə Cavadova 25 saylı Nizami seçki dairəsində mübarizə aparacaq. İradə xanım həm vəkil kimi, həm də insan haqları müdafiəçisi kimi Azərbaycanda hamımızın bölüşdüyü dəyərlərin qorunması üçün indiyə qədər çox qiymətli işlər görmüşdür”, - deyə İ.Məmmədov qeyd edib.