logo

YAP-çı Əsabil Qasımov oğlunu deputat etmək üçün "Müsavat"a getdi

13:44 15-12-2019 | icon 2919
YAP-çı Əsabil Qasımov oğlunu deputat etmək üçün "Müsavat"a getdi

79 saylı İmişli Seçki Dairəsindən millət vəkili seçilmiş Əsabil Qasımov, növbədənkənar seçkilərə qatılmayacaq. O bu dəfə qeyd edilən dairədən oğlu, "Karat Holdinq"in rəhbəri Taleh Qasımovun namizədliyini irəli sürəcək. 

YeniAvropa xəbər verir  ki, bu barədə İmişli RİH-də adının açıqlanmamasını istəyən mənbə məlumat verib. 

Məlumata görə, millət vəkili indidən 79 saylı Seçki Dairəsindən  namizədliyini irəli sürəcək şəxslərə minnətçi düşməyə başlayıb. Onlarla tək-tək görüşərək oğluna maniə yaratmamalarını xahiş edib.

Xəbərdə bildirilir ki, Əsabil Qasımov  hətta Musavat Partiyasının 79 saylı Seçki Dairəsindən namizədi,sabiq millət vəkili İltizam Əkbərlinin də qapısın döyüb, ona " Bilirəm, sənin də seçilmə imkanın var, amma  gəl namizəd olma və oğlumun seçilməsinə maneçilik törətmə"deyib.

Mənbə bildirir ki,  hakim Yeni Azərbaycan Partiyası da Əsdabil Qasımovun yenidən 79 saylı Seçki Dairəsindən namizədliyinə müsbət baxmır və  bu dəfə onu namizəd kimi dəstəkləməyəcək.Bu səbəbdən də Əsabil Qasımov indidən öğlu Taleh Qasımovun namizəd olması və millət vəkili seçilməsi üçün bütün imkanlarını səfərbər edib.

Sözügedən məsələ ilə bağlı Əsabil Qasımovun da mövqeyini işıqlandırmağa hazırıq.