logo

Aygün Kazımova qardaşının ölümündən sonra qara libasda səhnəyə çıxdı

12:59 15-12-2019 | icon 75992
Aygün Kazımova qardaşının ölümündən sonra qara libasda səhnəyə çıxdı

Xalq artisti Aygün Kazımova qardaşının ölümündən günlər sonra ilk dəfə tamaşaçı qarşısına çıxıb.

YeniAvropa xəbər verir  ki, o, “Zima” Uşaq Musiqi Festivalı çərçivəsində yeniyetmə iştirakçı Cəlal Bəşirovla “Карие Глаза” mahnısın ifa edib.

Sənətçi ifası zamanı alqışların azalmasını görüb “Gənc dostumuzu alqışlamaq çox çətindir”,- deyə tamaşaçılara irad tutub.

A.Kazımova səhnəyə qara libasla çıxıb.

Xatırladaq ki, noyabrın 30-da  A.Kazımovanın bir həftə öncə azadlığa çıxan qardaşı Kazım Kazımzadə uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. O, Bakı Ağır Cinayətlər məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.