logo

Ağ adada vulkan püskürməsində ölənlərin sayı 16-ya çatıb

11:33 15-12-2019 | icon 2590
Ağ adada vulkan püskürməsində ölənlərin sayı 16-ya çatıb

Yeni Zelandiyada, ölkənin şimalında yerləşən Ağ adada vulkan püskürməsi nəticəsində  ölənlərin sayı 16-ya çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Zelandiya polisi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında vulkanının baş verdiyi əraziyə ikinci dəfə yaxınlaşan xilasedicilər itkin düşdüyü güman edilənlərdən heç birini tapa bilməyiblər. Bununla yanaşı, hərbiçi və polislərdən ibarət dalğıclar dəstəsi də ada ətrafındakı sularda axtarışı davam etdiriblər.

Polisin bəyan etdiyinə görə, həlak olduğu güman edilən iki nəfərin tapılaraq ailələrinə təhvil verilməsi üçün bütün lazımi addımlar atılır.

Xatırladaq ki, Yeni Zelandiyaya məxsus Şimal adasının sahillərindən 50 kilometr məsafədə yerləşən Ağ ada bılgədə yeganə fəal vulkan hesab olunur və hər il buranı minlərlə turist ziyarət edir.