logo

3-cü mikrorayon bazarında yanğın başlayıb

18:03 14-12-2019 | icon 581
3-cü mikrorayon bazarında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Bakının Nəsimi rayonunda “3-cü mikrorayon bazarı” adlanan ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən YeniAvropa-ya bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.