logo

Bakıda marşrut avtobusu qəzaya uğradı-6 nəfər yaralandı

12:20 14-12-2019 | icon 3675
Bakıda marşrut avtobusu qəzaya uğradı-6 nəfər yaralandı

Paytaxtda marşrut avtobusu qəzaya uğrayıb.

YeniAvropa xəbər verir  ki, hadisə Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında qeydə alınıb.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara lazım olan yardım göstərilib müalicələri davam edir.

Bu arada Bakı Nəqliyyat Agentliyi (BNA) də marşrut avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

BNA-dan virtualaz.org-a verilən məlumata görə, bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol-nəqliyyat hadisəsi baş verib. "KİA" markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub.

104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun veriyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

Şahidlərin sözlərinə və ilkin araşdırmalara əsasən, hadisəyə səbəb "KİA" markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.

Faktla bağlı araşdırma davam etdirilir.