logo

Anjey Kasprşik Qarabağda separatçıların lideri ilə görüşdü

11:19 14-12-2019 | icon 2289
Anjey Kasprşik Qarabağda separatçıların lideri ilə görüşdü

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Bildirilib ki, Anjey Kasprşik Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb.

Görüşdə təmas xəttindəki vəziyyət və bir sıra digər məsələlər müzakirə olunub.