logo

"Jiquli"də at ətini İsmayıllıya aparmaq istədi

17:56 13-12-2019 | icon 2471
"Jiquli"də at ətini İsmayıllıya aparmaq istədi

İsmayıllı şəhəri ərazisində hərəkətdə olan “VAZ 21011” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan şübhəli heyvan əti aşkar edilib.

 YeniAvropa xəbər verir  ki, polis əməkdaşları nəqliyyat vasitəsinin sürücüsü, İsmayıllı şəhər sakini Elçin Məmmədovdan daşıdığı ətə görə sənədlər tələb etdikdə, o, sənəd təqdim etməyib. Ətin mənşəyi məlum olmadığından avtomobil müvəqqəti duracağa aparılıb.

E.Məmmədov izahatında həmin ətin at əti olduğunu və Ağsu rayonunda kəsərək İsmayıllıya gətirdiyini bildirib.

Aşkar edilən 45 kiloqram ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma aparılır.