logo

Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı sərəncam imzaladı

17:29 13-12-2019 | icon 2310
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçiriləcək.

Prezidentin Administrasiyasına 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlamaq və onun həyata keçirilməsini təmin etmək tapşırılıb.