logo

Venesiyalı iş adamları Azərbaycana gələcəklər

15:31 13-12-2019 | icon 2660
Venesiyalı iş adamları Azərbaycana gələcəklər

Gələn il martın 8-11-də İtaliyanın Venesiya regionunun iş adamları Azərbaycana səfər edəcəklər.

YeniAvropa xəbər verir  ki, italyan bizmesmenləri səfəri Venesiyanın Xarici Ticarət Palatası və Bakıda fəaliyyət göstərən İtaliya Ticarət Komissiyası tərəfindən təşkil edilib.

Səfər çərçivəsində italyalı iş adamları Bakıda təşkil olunacaq biznes forumda Azərbaycandan olan iş adamları ilə birgə əməkdaşlıq püerspektivlərini müzakirə edəcəklər. Tədbir çərçivəsində hər iki ölkənin investisiya perspektivləri müzakirə olunacaq, maraqlı tərəflərin birbaşa görüşləri keçiriləcək.