logo

AŞ PA-nın həmməruzəçiləri Azərbaycana gələcək

15:13 13-12-2019 | icon 2485
AŞ PA-nın həmməruzəçiləri Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) Azərbaycan üzrə həmməruzəçilərdən ibarət müşahidə missiyası ölkəmizə gələcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Parisdə  keçirilən AŞ PA Bürosunun iclasında qərar qəbul edilib. İclasda Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələr dinlənilib.

Müzakirələrdə qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov ölkəmizdə gələn il fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı ətraflı məlumat verib. Seçki prosedur qaydaları, Azərbaycanda aparılan islahatlar haqqında danışıb.

Müzakirə və məlumatlar dinlədikdən sonra AŞ PA Büro üzvləri ölkəmizdə keçiriləcək parlament seçkilərinin müşahidə edilməsi və bununla bağlı ad hoc qrupunun yaradılması ilə bağlı müsbət rəylərini bildiriblər.

Müzakirə edilən məsələ səsə qoyularaq yekdilliklə qəbul olunub. Beləliklə, gələn il fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan üzrə həmməruzəçilərdən əlavə, AŞ PA-nın 30 üzvü də Bakıya  gələcək.