logo

Bakıda ofisdən 40 min manat oğurlandı

14:57 13-12-2019 | icon 2415
Bakıda ofisdən 40 min manat oğurlandı

Sabunçu rayonunda ofisdən və uşaq əyləncə mərkəzindən pul oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, rayon ərazisindəki ofislərin birindən 40 min manat və uşaq əyləncə mərkəzindən pul oğurlamaqda şübhəli bilinən A.Həsənov Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Dekabrın 11-də isə Bərdə rayonu ərazisindəki evlərin birindən 16 min 200 manat oğurlamaqda şübhəli bilinən ev sahibinin qonşusu R.Mehdiyev Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.