AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
Dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda müzakirələrdən sonra 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd ilə müqaviləyə xitam verilib. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Komitəsinə və Texniki departamentə həvalə olunub.
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç ilə də müqavilə dayandırılıb. Qarşılıqlı razılıq əsasında AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdir.
İclasda “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklər qəbul olunub. Həmçinin AFFA-nın “Fair Play” mükafatı təsis edilib və Əsasnaməsinin hazırlanması Baş katibliyə tapşırılıb. “Azərbaycan Futbolunun Etik Kodeksi"nin hazırlanması da Baş katibliyə həvalə olunub.
“Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanətinin aktivləşdirilməsi və məsələnin İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılması qərarlaşdırılıb.
AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, Elbrus Abbasov, Rafiq Əlizadə, Səmədağa Şıxlarov, Novil İsmayılov, Vahid Abbasov, Çingiz Haşımov, Əbdülqəni Nurməmmədov, Tahir Əmiraslanov, Şakir Qəribov, Oqtay Abdullayev, Səməd Qurbanov və İsgəndər Cavadova təqaüd verilməsi qəbul edilib.
İclasda “Elit məşq” kitabı, Gəncə şəhər stadionunun ərazisində inşa olunmuş süni örtüklü yeni məşq meydanı və “Avro-2020”nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı məlumat verilib. Həmçinin Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə əlaqədar hesabat təqdim edilib.
Nəticəsi şübhə doğuran, “danışılmış” oyunlarla bağlı xüsusi komissiyanın hazırladığı hesabat İcraiyyə Komitəsinə təqdim olunub. Hesabata əsasən, İcraiyyə Komitəsi dekabrın 13-də müvafiq qərarların qəbulu üçün İntizam Komitəsinə müraciət edib.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib