logo

AFFA millinin baş məşqçisi Nikola Yurçeviçi də istefaya göndərdi

12:55 13-12-2019 | icon 3073
AFFA millinin baş məşqçisi Nikola Yurçeviçi də istefaya göndərdi

Dekabrın 13-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) inzibati binasında keçirilən İcraiyyə Komitəsinin iclasında Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin istefaya göndərilməsinə dair qərar qəbul edilib. 

 YeniAvropa xəbər verir  ki, bu saatlarda AFFA İcraiyyə Komitəsinin iclası davam edir.  AFFA-dan bildirilib ki, iclasdan sonra AFFA rəhbərliyinin iclasın nəticələri ilə bağlı hər hansı brifinq və mətbuat konfransı nəzərdə tutulmayıb.

Xatırladaq ki, 53 yaşlı xorvatiyalı mütəxəssis Nikola Yurçeviç  AFFA İcraiyyə Komitəsinin bu il fevralın 11-də keçirilən iclasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edlimişdi.