logo

Böyük Britaniya Avropa İttifaqını tərk edir-Boris Consonun partiyası parlament çöxluğuna nail oldu

12:31 13-12-2019 | icon 2443
Böyük Britaniya Avropa İttifaqını tərk edir-Boris Consonun partiyası parlament çöxluğuna nail oldu

Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyası İcmalar palatasında (parlamentin aşağı palatası) çoxluğa nail olub.

YeniAvropa "Sky News" telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat dekabrın 12-də keçirilən növbədənkənar seçkilərin yükünü üzrə səslərin davam edən sayılmasından əldə olunan nəticələrdə öz əksini tapıb. Baş nazir Boris Consonun rəhbərlik etdiyi partiya 650 yerlik İcmalar palatasında artıq 337 deputat mandatı əldə edib. Bu, torinin digər partiyaların mövqeyindən asılı olmayaraq gündəliyi formalaşdırmaq üçün çoxluğu təmin etməsi deməkdir.

Hazırda 40 məntəqədə bülletenlər sayılmamış qalıb. Mühafizəkarlar 358-368 mandatla mütləq çoxluğa nail olmaq şansı qazanıb.

Müxalif Leyboristlər partiyası böyük məğlubiyyətə uğrayıb. Hazırda leyboristlər cəmi 198 mandat əldə edib ki, bu da 2017-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı səslərin hesablanmasının eyni mərhələsi ilə müqayisədə 54 yer azdır. Səsvermənin nəticələrinə əsasən, üçüncü yerdə Şotlandiya milli partiyası (45 mandat), ardınca isə Liberal-Demokratlar partiyası (8 mandat) gəlir. Qalan 22 mandat digər partiyalar və müstəqil namizədlər arasında bölünüb.

Mühafizəkarların belə inamlı çoxluğu Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması prosesini demək olar ki, həll edir.