Zelenski GUAM-ın üzvü olan ölkələrin nümayəndələri ilə görüşüb
Ukrayna prezidenti Vladimir Zelenski 2019-cu ildə Demokratiya və İnkişaf uğrunda Təşkilatda – GUAM-da Ukraynanın sədrliyinin başa çatması ilə əlaqədar Gürcüstanın baş naziri Georgi Qaxariya, Moldova Respublikasının baş naziri İon Kiku və Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov ilə görüşüb.
YeniAvropa Ukrayna prezidenti ofisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, prezident Vladimir Zelenski Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın GUAM çərçivəsində əməkdaşlığının fəallaşmasını və hər il hökumət başçıları səviyyəsində iclas keçirilməsini alqışlayıb.
“Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova həm ortaq tarixlə, həm də gələcəyimizin inkişafına ümumi baxışla bağlıdır. Bizi regionda təhlükəsizlik və sabitlik, iqtisadi yüksəliş, investisiyaların artırılması, infrastrukturun inkişafı və vətəndaşlarımız arasında mədəni mübadilə səyləri birləşdirir”,-deyə Vladimir Zelenski vurgulayıb.
Ukrayna prezidenti qeyd edib ki, çoxtərəfli dialoqun böyük potensialı var.
Görüş iştirakçıları Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi siyasətinin dəyişməzliyini təsdiq ediblər.
Tərəflər bir sıra müştərək iqtisadi və infrastruktur layihələrini də müzakirə ediblər. Perspektivli, o cümlədən multimodal daşımaların həyata keçirilməsi üçün nəqliyyat marşrutları yaradılmasının vacibliyi vurğulanıb.
Prezident Vladimir Zelenski GUAM-ın üzvü olan ölkələrin vətəndaşları tərəfindən sərhədlərin keçilməsi prosedurlarının, o cümlədən ID-kartları formatında daxili pasportlardan istifadə olunmaqla sadələşdirilməsi prosesinin davam etdirilməsi təklifini də irəli sürüb.
GUAM iştirakçıları Təşkilatın potensialının artırılması, qurumun populyarlaşdırılması və daxili kommunikasiyasının yaxşılaşdırılması üçün konkret addımlar atılmasının zəruriliyi barədə razılığa gəliblər.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb