logo

Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışıb

22:37 12-12-2019 | icon 763
Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışıb

Azərbaycanın xaricii işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Eqils Levits ilə görüşüb.
 YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə Elmar Məmmədyarov prezident İlham Əliyevin salamlarını Latviya prezidentinə çatdırıb.
Latviya prezidenti, öz növbəsində ən xoş arzuları və salamlarının prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Görüş zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edildi və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri müzakirə olunub.
Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparıldı. Bu xüsusda nazir Elmar Məmmədyarov Latviya prezidenti Eqils Levitsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıb.
Prezident Eqils Levits dövlətlərin ərazi bütövlüyü prinsipinin təmin edilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişələrin məhz bu əsasda həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə, həmçinin Latviya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələr, Şərq Tərəfdaşlığı çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər, eləcə də regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafı, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıblar.
Görüşdən sonra nazir Elmar Məmmədyarov Xatirə Kitabını imzalayıb.