logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

11:55 12-12-2019 | icon 2030
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün törədilmiş 16 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.