logo

İsveçrədə 59 yaşlı xanım prezident seçildi

23:59 11-12-2019 | icon 2324
İsveçrədə 59 yaşlı xanım prezident seçildi

İsveçrənin 59 yaşlı эtraf mühit, nəqliyyat, energetika və rabitə naziri Simonetta Sommaruqa ölkə prezidenti seçilib.

 YeniAvropa  “TASS” agentliyinə istinadən xəbər verir ki, Federal Məclisin hər iki palatası səsvermə yolu ilə hakim Sosial-demokrat Partiyasının üzvü olan Sommaruqanı 2020-ci ildən bu posta seçib.

Xatırladaq ki, S.Sommaruqa 2014-ci ildə İsveçrənin vitse-prezidenti, 2019-cu il yanvarın 1-dən isə növbəti dəfə yenidən vitse-prezidenti seçilib.

O eyni zamanda İsveçrə Federal Şurasının üzvüdür.

Simonetta Sommaruqa 2018-ci ilədək ölkənin ədliyyə və polis naziri olub.