logo

Ərdoğanla Putin telefonda Suriyadan danışdılar

22:31 11-12-2019 | icon 2506
Ərdoğanla Putin telefonda Suriyadan danışdılar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyə prezidenti Administrasiyasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, dövlət başçıları Suriyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli əlaqələri müzakirə ediblər. 

"Danışıqların gedişatında ikitərəfli əlaqələr, regional məsələlər, ilk növbədə Suriyada yaranmış vəziyyət müzakirə edilib", - deyə açıqlamada bildirilib.