logo

YAP 7 deputatı təkrar seçkiyə aparır, 4 bitərəfi isə daha dəstəkləməyəcək

21:55 11-12-2019 | icon 2303
YAP 7 deputatı təkrar seçkiyə aparır, 4 bitərəfi isə daha dəstəkləməyəcək

Hakim Yeni Azərbaycan Partiyasında (YAP), partiyanın İcra Katibliyində deputatlığa namizədlərin müəyyənləşdirilməsi ilə bağlı hələlik ciddi hərəkətlilik olmasa da, amma ilkin işartılar, nəticələr ortadadır. Ən azı çox tanınmış və nüfuzlu YAP-çı deputatlardan 7-sinə razılıq verilib, onlar növbəti dəfə seçkilərə gedirlər. Bu, birmənalıdır və dəqiqdir. Digərləri ilə də bağlı ən azı gələn həftənin sonlarına kimi qərar veriləcək. Bununla belə, xeyli sayda YAP-çı deputat kənarda qalacaq, onlar YAP-dakı-Gənclər Birliyindəki gənclərlə əvəzlənəcək. 

YeniAvropa xəbər verir  ki, bu barədə adının çəkilməsini istəməyən nüfuzlu YAP-çılardan biri məlumat verib. 

O, həmçinin,  YAP-ın dəstəklədiyi və xeyir-dua verdiyi bir çox bitərəf deputatın da qarşıdakı parlament seçkilərindən kənarda qalacağını bildirib. “Dəqiq olanı budur ki, artıq 4 nəfər bitərəf deputatla bağlı qərar verilib, onlar təkrar dəstəklənməyəcəklər. Eyni zamanda, üzdə olan və tanınan 3 bitərəf deputala bağlı ilkin razılıq verilib, onlar növbəti dəfə namizədliklərini verəcəklər və YAP-dan dəstək alacaqlar. Bütün hallarda gələn həftəni gözləmək, bir az da səbr  lazımdır",-deyə məlumatlı mənbə bildirib."Etikxeber.az"