logo

Gürcüstanın MSK sədri gələn həftə Azərbaycana səfər edəcək

20:31 11-12-2019 | icon 2422
Gürcüstanın MSK sədri gələn həftə Azərbaycana səfər edəcək

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvania gələn həftə Azərbaycana səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.  Onun sözlərinə görə, səfərdə məqsəd dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etməkdir.

Azərbaycana səfərində T.Jvanianı MSK-nın digər üzvü Marina Tsulukidze müşayət edəcək.

Xatırladaq ki, Tamar Jvania 2013-cü ildən Gürcüstan MSK-na rəhbərlik edir. O, 2018-ci ildə gizli səsvermə yolu ilə təkrar bu quruma rəhbər seçilib. T.Jvania 2023-cü ilədək Gürcüstan MSK-ya sədrlik edəcək.