logo

AŞ PA Azərbaycana 30-dan çox müşahidəçi göndərəcək

19:10 11-12-2019 | icon 2289
AŞ PA Azərbaycana 30-dan çox müşahidəçi göndərəcək

Gələn il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini Avropa Şurası Parlament Assambleyasın (AŞ PA) müşahidə missiyası da yaxından izləyəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə  AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak məlumat verib.

Onun sözlərinə görə, dekabrın 14-də AŞ PA-da müşahidəçilərdən ibarət komissiya yaradılacaq və tərkibi təsdiq ediləcək: "Müşahidəçilərin sayı 30-dan çox olacaq".