logo

“Qarabağ” UEFA Avroliqada son təsəlliverici oyununa çıxır

18:29 11-12-2019 | icon 2975
“Qarabağ” UEFA Avroliqada son təsəlliverici oyununa çıxır

Baxmayaraq ki, şansımız yoxdur, sonuncu oyunumuzda yaxşı nəticə qazanmaq istəyirik. Oyunun önəmi böyük olmasa da, ən yaxşısını etməyə çalışacağıq.

YeniAvropa xəbər verir  ki, bu fikri “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında səsləndirib.

“Bizim işimiz futbol oynamaqdır. Bu, azarkeşlər üçün bir növ şoudur. Biz də istərdik ki, stadion dolsun. Ancaq elə azarkeşlər var ki, bizim köhnə nəticələrimizə baxıb, gəlməyəcəklər. Əsl azarkeşlər yanımızda olmalıdır. Mən özüm azarkeş olsaydım, stadiona gələrdim”,-deyə Maksim Medvedev bildirib. 

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ”-“Düdelanj” görüşü saat 21:55-da start götürəcək.