logo

“Eurohome” da malları yananlar yolu bağladılar

13:55 11-12-2019 | icon 2471
“Eurohome” da malları yananlar yolu bağladılar

Ötən gün “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində malları yanan sahibkarlar Bakı-Sumqayıt yolunu bağlamağa cəhd ediblər.Nəticədə hərəkətin onsuz da sıx olduğu magistral yolda böyük tıxac yaranıb. 

 YeniAvropa xəbər verir  ki, bu barədə Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, etirazçılarla görüşmək məqsədilə  RİH  başçısı Elxan Allahverdiyev yanğın baş verən “EuroHome” ticarət mərkəzinə gedib.

Məlumatda icra başçısının hazırda zərərçəkən sahibkarların şikayətini dinlədiyi bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında sahibkarlar yanan ticarət mərkəzinin önünə yığışaraq, dəyən ziyana görə kompensasiya ilə bağlı rəsmi şəxslərlə görüş istəyiblər.

Sahibkarlar yanğın nəticəsində onlara ağır maddi  ziyan dəydiyini, banka olan kredit borclarını ödəyə bilmədiklərindən şikayət ediblər.

Hələlik "Eurohome" ticarət mərkəzinin sahibi olduğu deyilən Azay Möhnətov ötən gün baş vermiş hadisə haqda şərh verməyib, ticarətçilərin aqibətlərinin necə olacağına aydınlıq gətirməyib.