logo

İlham Əliyev "BP" qrupunun baş icraçı direktorunu qəbul edib

12:52 11-12-2019 | icon 2177
İlham Əliyev "BP" qrupunun baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev dekabrın 11-də "BP" qrupunun baş icraçı direktoru Robert Dadlini qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, şirkətdə 40 illik karyerası olan və 9 il "BP"nin baş icraçı direktoru vəzifəsində çalışan 64 yaşlı R.Dadli qrup rəhbəri postundan və idarə heyətindən istefa verib.

R.Dadli gələn il fevralın 4-də şirkətin 2019-cu il üzrə nəticələrini elan etdikdən sonra, martın 31-də təqaüdə çıxacaq. Onu bu postda hazırda şirkətin hasilat üzrə icraçı direktoru olan Bernard Luni əvəz edəcək. B.Luni isə fevralın 5-də idarə heyətinə daxil olacaq və "BP" şirkətinin baş icraçı direktoru vəzifəsini icra edəcək. O, həmin tarixə qədər hazırkı vəzifəsində qalacaq.