logo

Yevlaxda xəstəxanada yanğın: xəstələr təxliyyə olundu

12:29 11-12-2019 | icon 2177
Yevlaxda xəstəxanada yanğın: xəstələr təxliyyə olundu

Yevlax şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.Qeyd edilib ki, yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.