logo

Bakının bir hissəsində su olmayacaq

11:47 11-12-2019 | icon 2114
Bakının bir hissəsində su olmayacaq

Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azərsu” ASC-dən bildirilib. Qeyd edilib ki, Bakı şəhəri Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar dekabrın 11-də gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.