logo

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

10:10 11-12-2019 | icon 2359
Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

Dekabrın 11-də Yaponiya sahillərində, paytaxt Tokiodan təqribən 580 kilometr məsafədə 5,7 bal gücündə zəlzələ olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla gecə saat 3:05 dəqiqədə qeydə alınan yeraltı təkanların ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.