logo

Yanan “EuroHome”un qarşısında avtoqəzada iki nəfər öldü

20:54 10-12-2019 | icon 3731
Yanan “EuroHome”un qarşısında avtoqəzada iki nəfər öldü

Bu gün səhər saatlarında alışaraq yanan “EuroHome” tikinti materialları bazarının qarşısında bədbəxt hadisə qeydə alınıb. 

 YeniAvropa xəbər verir  ki, axşam saatlarında  həmin ərazidə yolu keçmək istəyən iki piyadanı maşın vurub. Onların hər ikisi hadisə yerəndə ölüblər.

Ölənlərdən birinin qadın, digərinin isə kişi olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində meyitlərə baxış keçirir, kimliklərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.