logo

Elmira Süleymanovaya da AMEA-da vəzifə verildi

18:55 10-12-2019 | icon 2282
Elmira Süleymanovaya da AMEA-da vəzifə verildi

Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.

 YeniAvropa xəbər verir ki, 82 yaşlı E.Süleymanova indiyədək AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yarımştat baş elmi işçi vəzifəsində çalışıb. Lakin Ombudsman kimi səlahiyyət müddəti başa çatdıqdan sonra, o, Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi kimi tam ştat işə götürülüb.

Neft-Kimya Prosesləri İnstitutundan faktı təsdiqləyiblər.

Qeyd edək ki, E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib.Laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib.

E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.