logo

Bakı sakininin pulunu, 4 mənzilini, ticarət obyektini ələ keçirdi

18:09 10-12-2019 | icon 2240
Bakı sakininin pulunu, 4 mənzilini, ticarət obyektini ələ keçirdi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprelin 15-dən cari il mayın 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165 min manat məbləğində pulunu, dörd mənzilini və bir ticarət obyektini ələ keçirdiyini bildirib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, faktla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb.