logo

"BP"nin baş icraçı direktoru Azərbaycana gələcək

17:10 10-12-2019 | icon 378
"BP"nin baş icraçı direktoru Azərbaycana gələcək

"BP" şirkətinin baş icraçı direktoru Robert Dadli Azərbaycana gələcək.

 YeniAvropa xəbər verir  ki,səfər çərçivəsində R.Dadlinin Azərbaycan hökumətinin və tərəfdaş şirkətlərin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, şirkətdə 40 illik karyerası olan və 9 il "BP"nin baş icraçı direktoru vəzifəsində çalışan 64 yaşlı R.Dadli qrup rəhbəri postundan və idarə heyətindən istefa verib.

R.Dadli gələn il fevralın 4-də şirkətlə bağlı 2019-cu ilin nəticələrini elan etdikdən sonra martın 31-də təqaüdə çıxacaq. Onu bu postda hazırda şirkətin hasilat üzrə icraçı direktoru olan Bernard Luni əvəz edəcək. B.Luni isə fevralın 5-də idarə heyətinə daxil olacaq və BP şirkətinin baş icraçı direktoru vəzifəsini icra edəcək. O, həmin tarixə qədər hazırkı vəzifəsində qalacaq.