Bu gün Stokholm və Osloda Nobel mükafatları təqdim ediləcək
Bu gün Stokholm və Osloda Nobel mükafatlarının təqdimatı mərasimləri, habelə laureatlar və qonaqlar üçün bayram ziyafətləri təşkil ediləcək. Tədbir Alfred Nobelin vəfatının ildönümünə - dekabrın 10-na təsadüf edir.
YeniAvropa mükafatın rəsmi saytına istinadla xəbər verir ki, Stokholmda Nobel mükafatının on dörd laureatına İsveç kralı XVI Qustav tərəfindən fəxri diplomlar və Stokholm Filarmoniyasının qızıl medalları təqdim ediləcək. Alfred Nobelin vəsiyyətinə əsasən, Sülh mükafatını Osloda Norveç Nobel Komitəsinin sədri təqdim edir.
2019-cu ildə Nobel Sülh mükafatı sülhə və beynəlxalq əməkdaşlığa nail olmaq üçün göstərdiyi səylərə və xüsusən qonşu Eritreya ilə sərhəd münaqişəsinin həlli ilə bağlı qətiyyətli təşəbbüsünə görə Efiopiyanın baş naziri Abiy Əhməd Əliyə verilib.
Bundan başqa, fiziologiya və tibb üzrə Nobel mükafatı amerikalı alimlər Uilyam Kelin və Qreqq Sementsə, habelə britaniyalı ser Piter Retkliffə təqdim olunacaq. Fizika sahəsində mükafatın laureatları isə kanadalı alim Ceyms Piblz, isveçrəli Mişel Mayor və Didye Kelodur. Kimya üzrə Nobel mükafatının builki laureatları amerikalı Con Qudinaf, britaniyalı Stenli Uittingem və yapon Akire Yosinodur.
2019-cu il ədəbiyyat üzrə Nobel mükafatı iki ilin – 2018-ci və 2019-cu ilin yekunlarına görə polyak yazıçısı və şairəsi Olqa Tokarçuk və avstriyalı dramaturq Peter Handkeyə təqdim ediləcək. Bu mükafatın ötənilki nominasiyasında mübahisələr yaranmışdı.
İsveç Dövlət Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi iqtisadiyyat üzrə Nobel mükafatının laureatları hind mənşəli amerikalı tədqiqatçı Abhicit Banerci, fransız Ester Düflo və amerikalı Maykl Kremer olublar.
Qeyd edək ki, hər bir nominasiya üzrə Nobel mükafatının məbləği 9 milyon krondur (944 min dollar).
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ