logo

“Traktor”un prezidenti də istefa verdi

15:51 10-12-2019 | icon 392
“Traktor”un prezidenti də istefa verdi

İranın “Traktor” futbol klubunun prezidenti istefa verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Təbriz təmsilçisinin prezidenti Qulamreza Sadegian klubda tutduğu postdan ayrılıb. Sabiq prezident istefasını kənar müdaxilələrin olması ilə əlaqələndirib.

Qeyd edək ki, Qulamreza Sadegiandan 3 gün əvvəl komandanın türkiyəli baş məşqçisi Mustafa Dənizli də istefa verib.

Xatırladaq ki, “Traktor” komandası hazırda İran çempionatında 18 xalla 9-cu pillədə qərarlaşıb.