logo

Azərbaycanlı hakimlər UEFA Avroliqa oyununa təyinat alıblar

14:55 10-12-2019 | icon 3185
Azərbaycanlı hakimlər UEFA Avroliqa oyununa təyinat alıblar

FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

YeniAvropa  AFFA-ya istinadla xəbər verir ki, Kiyev şəhərindəki “NSK Olimpiyski” stadionunda keçiriləcək “Dinamo”–“Lugano” (İsveçrə) oyununun baş hakimi Ə.Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

“Dinamo”–“Lugano” matçı dekabrın 12-də keçiriləcək.