logo

"ANS ÇM" radiosuna "APA" və "Real TV" iddiaçıdır

14:06 10-12-2019 | icon 2387
"ANS ÇM" radiosuna "APA" və "Real TV" iddiaçıdır

Milli Tеlеviziyа və Rаdiо Şurаsının(MTRŞ) bir müddət əvvələdək Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan "102 FM" radio-tezliyinin satılması üçün  elan etdiyi tenderin iki iddiaçısı var. 

YeniAvropa xəbər verir  ki, "virtualaz.org"a məlum olub ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum -"APA" media holdinqi və "Real TV" MRTŞ-a müraciət edib.

Həmçinin məlum olub ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.

Qeyd edək ki, MRTŞ-ın 102,0 MHz tezliyində yeni radio kanalının yaradılması ilə bağlı noyabrın 12-də elan etdiyi müsabiqə dekabrın 12-də başa çatır.

Xatırladaq ki, fəaliyyətini dayandırmış ANS-in keçmiş prezidenti Vahid Mustafayev 102 FM-in satışı ilə bağlı "haqqin.az" saytına müsahibə verib. “Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın 102 FM tezliyi satışa çıxarılıb. Halbuki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda FM radiolarian sayı elə də çox deyil. Buna görə FM diapazonunda çoxlu istifadə olunmayan radiotezliklərdən istifadə edərək 30-40 radiostansiya yaratmaq olar. Niyə məhz 102 FM-in tezliyi satışa çıxarılıb?” 

Vahid Mustafayev ANS-in açıqlaması ilə bağlı məsələnin də sirr pərdəsi altında olduğunu vurğulayıb.

“ANS-in fəaliyyətinin bərpa olunması daha bir sirli məsələdir. ANS-in bütün komandası həm ölkə daxilində, həm də ölkə xaricində öz yerindədir və Azərbaycan xalqının sevimli telekanalının yayımı bərpa etməyə hazırdır. Amma təəssüf ki, yayımın bərpa olunması barədə qərarı biz vermirik”.