logo

Minərəsi düzəldikdən sonra “Əbu Bəkr" məscidi açılacaq

13:29 10-12-2019 | icon 2191
Minərəsi düzəldikdən sonra “Əbu Bəkr" məscidi açılacaq

“Əbu Bəkr" məscidinin açılması nəzərdə tutulur. Bunun üçün orada icmanın yaradılması planlaşdırılır.

YeniAvropa xəbər verir  ki, bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib.

 Səyavuş Heydərov qeyd eeib ki, minarənin özülündə problem aşkar edildiyi üçün məscid bağlanıb.

"Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq".