logo

Yanan “EuroHome”un sahibi məşhur Azay Möhnətov çıxdı

13:07 10-12-2019 | icon 15505
Yanan “EuroHome”un sahibi məşhur Azay Möhnətov çıxdı

Bakı şəhərinin Binəqədi rayonunda yanan “EuroHome” tikinti materialları bazarının sahibi biznesmen Azay Möhnətovdur. 

YeniAvropa xəbər verir  ki, bu iş adamı həmçinin "AF Holdinq" Şirkətlər Qrupunun və "Uğur-97" şirkətinin prezidentidir. Azay Möhnətovun aktivində kifayət qədər çox sayda tanınmış obyekt, o cümlədən paytaxtın mərkəzindəki məşhur "AF MalL"l və  Novxanıdakı "AF Hotel & Aqua Park"  istirahət mərkəzi də  var.

Qeyd edək ki, A.Möhnətov uzun illərdir Bakıda tikinti biznesi ilə məşğul olur. Onun “Uğur-97” şirkəti Bakının mərkəzində çoxsaylı “lüks” sinif yaşayış binaları inşa edib. Belə ki,  R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 bina, Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli bina("AtaBank") bu şirkət tərəfindən tikilib.

 “EuroHome” ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. Bazarın yerləşdiyi ərazi əvvəllər «Azərxariciyol» MMC-yə məxsus olub. Bazar inşa edilərkən orada çoxsaylı şam ağaclarının kəsildiyi məlum idi.