logo

İrandan Azərbaycana yeni aviareyslər açılacaq

12:29 10-12-2019 | icon 2639
İrandan Azərbaycana yeni aviareyslər açılacaq

İran ilə Azərbaycan arasında yük və sərnişin daşınması üçün yeni aviareyslər açılacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə İranın Əlborz vilayətindəki Payam beynəlxalq hava limanının baş direktoru Nadir Sanai deyib. O bildirib ki, dekabrın 3-də Bakıda səfərdə olarkən Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Qərara qalınıb ki, Payam beynəlxalq hava limanından Bakıya birbaşa uçuşlar təşkil olunsun.

Qeyd edək ki, İran ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etməsi iqtisadi əlaqələrin də inkişafına təkan verib ki, bu da öz növbəsində yük və sərnişinlərin daşınmasının yeni mərhələyə qədəm qoyması tələbatını yaradıb. Hazırda İranın bu hava limanı Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq edərək yük və sərnişindaşıma həyata keçirir. İranın Əlborz vilayəti isə Tehranın yaxınlığında yerləşir.