logo

Parisdə AŞ PA-nın komitə və Büro iclasları keçirilir

12:10 10-12-2019 | icon 2422
Parisdə AŞ PA-nın komitə və Büro iclasları keçirilir

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) siyasi, insan haqları, monitorinq komitələrinin və Bürosunun iclasları keçirilir.

 YeniAvropa xəbər verir  ki, iclaslarda ölkəmizi AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Sabir Hacıyev təmsil edir.

Dekabrın 9-da siyasi komitənin iclasında Azərbaycanın prosedur qaydalarına əlavələrlə bağlı etdiyi təklif qəbul olunub.

Bu gün qurumun insan haqları komitəsinin iclası keçirilir. Komitə iclasında ölkəmizlə bağlı məruzə dinləniləcək. Bundan əlavə AŞ PA-nın Büro iclasında Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı məsələ müzakirə olunacaq və ölkəmizin AŞ PA-ya göndərdiyi dəvət məktubu ətrafında fikir mübadiləsi aparılacaq.