logo

“Stadler”dən alınan daha 2 yeni elektrik qatar Bakıya gətirildi

11:57 10-12-2019 | icon 2590
“Stadler”dən alınan daha 2 yeni elektrik qatar Bakıya gətirildi

İsveçrənin "Stadler" şirkətindən alınan 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.

 YeniAvropa xəbər verir  ki, bu barədə bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib.

O bildirib ki, yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək. Qatarlar tezliklə xəttə buraxılacaq.

N.Bayramova qeyd edib ki, yeni qatarlarda 371 oturacaq var və bununla da "Stadler"dən alınan qatarların sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb yaranan sərnişin sıxlığıdır.

"Stadler" şirkətindən "FLIRT" tipli birmərtəbəli daha 6 qatar alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək.