logo

Səhiyyə Nazirliyi “EuroHome”a 5 təcili tibbi yardım briqadası göndərib

11:31 10-12-2019 | icon 819
Səhiyyə Nazirliyi “EuroHome”a 5 təcili tibbi yardım briqadası göndərib

Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 təcili tibbi yardım briqadası cəlb olunub.

 YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, saat 10:45-ə olan məlumata görə, 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər isə əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.