Yol polisi "Eurohome"dakı yanğınla görə sürücülərə müraciət etdi
Bakı şəhər Baş Polis İdarəsi "Eurohome" Ticarət Mərkəzində baş verən yanğınla bağlı sürücülərə müraciət edib.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib.
Müraciətdə sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur: "Xəbər verdiyimiz kimi, səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb. Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədə uyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur. Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Maştağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin. Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib.Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər. Məhdudiyyət tam yanğın söndürülənə qədər davam edəcək”.
V.Əsədov əlavə edib ki, hazırda Bakıdan Sumqayıt istiqamətində hərəkət edənlər Biləcəri qəsəbə dairəsindən keçməklə Ekologiya postundan sağa, körpü üzərindən, eyni zamanda həmin körpü vasitəsilə Biləcəri qəsəbəsi daxilindən Bakı-Binəqədi yolundan istifadə etdiyi üçün Şamaxı istiqamətində nəqliyyat sıxlığı yaranıb: "Tıxacın qarşısının alınması üçün sürücülər digər alternativ yollardan istifadə etsinlər. Biləcəri istiqamətində hərəkət edənlər isə Bakı-Binəqədi yoluna üstünlük versinlər. Həmçinin Sumqayıtdan Bakıya gələnlər üçün "VAZ" və Xırdalan dairəsi kimi tanınan ərazidən hərəkət Abşeron rayonu daxilinə, yaxud yeni Dairəvi yolla Novxanı istiqamətinə dəyişdirilib".
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir