logo

Əlcəzairin yeni səfiri Bakıya gəlib

20:53 09-12-2019 | icon 2198
Əlcəzairin yeni səfiri Bakıya gəlib

Xarici işlər naziri Elmar Məmmədyarov  dekabrın 9-da Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Salima Abdelhakı qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə nazir Elmar Məmmədyarov Əlcəzairin ölkəmizdəki səfiri xanım Salima Abdelhakı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və Əlcəzair arasında iqtisadi, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir Salima Abdelhak etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.