logo

Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməyəcək

18:31 09-12-2019 | icon 2345
Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməyəcək

Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə məlumatın bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə münasibət bildirib.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif ilk dəfə Türkiyə Baş Qərargahının ikinci rəisi general-polkovnik Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı səsləndirilib.

“Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”, - deyə məlumatda xüsusi vurğulanıb.

Xatırladaq ki, dekabrın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan ilə Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edərək bu əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Hərbi əlaqələrin inkişafı baxımından hərbi qulluqçuların qarşılıqlı səfərlərinin, həmçinin Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin vacibliyi vurğulanıb.