logo

“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü

18:10 09-12-2019 | icon 2548
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü

"Bakcell" şirkəti  dekabrın 3-dən 6-dək Bakı Expo Mərkəzində təşkil edilən  25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində təqdim etdiyi stendə görə “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb.

 YeniAvropa xəbər verir  ki, sertifikat şirkətə “BakuTel-2019” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) tərəfindən təqdim edilib.

Şirkət öz ənənəsinə sadiq qalaraq stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini nümayiş etdirib, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edib. Bundan əlavə," Bakcell" öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edib. 

“Bakutel sərgisi şirkətimizin şəbəkəsinin üstünlüklərini nümayiş etdirmək üçün əla fürsət yaradıb. Bu il beynəlxalq nüfuza malik olan “Ookla” şirkəti növbəti dəfə Bakcell şirkətini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb. Mobil operator abunəçisi üçün ən vacib olan məsələ şəbəkənin keyfiyyəti və sürətidir. Biz isə bu sahədə üstünlüyümüzü praktiki şəkildə ardıcıl olaraq 3-cü dəfə sübut etmişik!”, -deyə "Bakcell" şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

Belə ki, "Bakutel 2019" ərzində "Bakcell" stendinə gəlmiş minlərlə qonaq "Bakcell" şəbəkəsinin üstünlüyü və ölkənin telekommunikasiya bazarında ilk və ən reytinqli virtual müştəri xidmətləri aləti olan “Mənim Bakcellim” mobil tətbiqetməsinin yenilikləri ilə taniş olub, Azərbaycan gəncləri üçün yeni imkanlar yaradan “AppLab” startap inkubasiya proqramı barədə məlumat almaq və hədiyyələr qazanmaq üçün “Ulduzum” loyallıq proqramının oyunu, lotereyalar və digər oyunlarda iştirak etmək imkanını qazanıb.