logo

Gələn il Hacıqabulda “QAZel” avtomobillərin yığım zavodu açılacaq

17:49 09-12-2019 | icon 2758
Gələn il Hacıqabulda “QAZel” avtomobillərin yığım zavodu açılacaq

Hacıqabul Sənaye Məhəlləsində “QAZel” tipli avtomobillərin yığım zavodunun açılışı gələn ilin birinci rübündə baş tutacaq. 

 YeniAvropa xəbər verir  ki, bu barədə baş nazirin müavini Şahin Mustafayev dekabrın 9-da jurnalistlərə açıqlamasında deyib.

Ş.Mustafayev bildirib ki, təməli ötən ilin fevralında qoyulan zavodda tikinti-quraşdırma işləri başa çatmaq üzrədir.

Baş nazirin müavini həşçinin bildirib ki, Azərbaycan və Rusiyadan olan nümayəndə heyətlərinin iştirakı ilə bu gün  “QAZel” avtomobillərin yığım zavoduna baxış keçiriləcək.