logo

Prezident Əlişir Musayevə “Əmək” ordeni verdi

17:29 09-12-2019 | icon 2184
Prezident Əlişir Musayevə “Əmək” ordeni verdi

Prezident İlham Əliyev dekabrın 9-da Əlişir Musayevin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əlişir Veys oğlu Musayev 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Əlişir Musayev 1949-cu ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub. Hazırda Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəzifəsində çalışır. Sabah onun 70 yaşı tamam olur.